21:20
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“Yeni Üfüq” layihəsinin rəsmi açılışı və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib

Bakıda valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlmiş “Yeni Üfüq” layihəsinin rəsmi açılış mərasimi və Mara...

“Yeni Üfüq” layihəsinin rəsmi açılışı və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib

Bakıda valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlmiş “Yeni Üfüq” layihəsinin rəsmi açılış mərasimi və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, “Hilton Bakı” hotelində keçirilən tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatların nümayəndələri və layihə tərəfdaşları iştirak ediblər.

Forumda gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bərabər imkanların yaradılması və dövlət–özəl sektor əməkdaşlığının inkişafı baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Fortunamag.az

Daha çox