12:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Ebola Afrika sərhədlərini aşdı

Ebola Afrika sərhədlərini aşdı

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə əlaqədar Braziliya və İtaliyada qeydə alınan şübhəli hallar beynəlxalq səviyyədə narahatlıq yaradıb. Beynəlxalq səyahət etmiş şəxslərlə bağlı risklər səbəbindən hər iki ölkədə xüsusi epidemioloji nəzarət tədbirləri tətbiq olunub.

Fortunamag.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, Konqo Demokratik Respublikasında Bundibuqyo ştammının yayılması nəticəsində yoluxan və müalicə alan dörd tibb bacısı ilə bir laboratoriya əməkdaşı sağalaraq xəstəxanadan evə buraxılıb.

Buna baxmayaraq, ölkədə epidemioloji vəziyyət gərgin olaraq qalır. Son statistikaya əsasən, yoluxanların sayı 282-yə, ölənlərin sayı isə 42-yə yüksəlib. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hazırda 1100-dən artıq şübhəli yoluxma halının araşdırıldığını bildirib.

Daha çox