Caspian Energy Forum 2025 biznes, hökumət və diplomatik missiya nümayəndələrini bir araya gətirərək, regionun qlobal enerji keçidindəki rolunu müzakirə edilir. Forumda "Yaşıl Enerji Dəhlizi"nin inkişafı və Neft-Qaz sektorunda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri arasında strateji əməkdaşlıq ön plandadır.
Forumun əsas məqsədləri: • COP29 və COP30 tədbirləri fonunda beynəlxalq enerji gündəliyinin düzgün və effektiv şəkildə təqdim edilməsi• Regionda əsas bərpa olunan enerji və qaz layihələrinin təqdimatı və dəstəklənməsi
• Avropaya qədər “Yaşıl Enerji Dəhlizi”nin qurulması və möhkəmləndirilməsi üzrə fikir mübadiləsi
• Dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqun dərinləşdirilməsi
• Davamlı enerji sahəsində investisiyaların cəlb olunması və tərəfdaşlığın genişləndirilməsi.
Fortunamag.az