21:38
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

“Zirə” avrokuboklarla vidalaşd

“Zirə” avrokuboklarla vidalaşd

"Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Fortunamag.az xəbər verir ki, Rəşad Sadıqovun komandası saat 20:00-da "Payde" ilə üz-üzə gəlib.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb.

Oyunda təmsilçimiz hesabı açsa da, sonradan rəqib 1 qol vuraraq hesabı bərabərləşdirdi və ümumi hesabda önə 2:1 qalib gəldi. Nəticədə "Zirə" avrokuboklarla vidalaşdı.

Qeyd edək ki, bu cütün qalibi olan "Payde" növbəti mərhələdə "Rapid"lə (Avstriya) qarşılaşacaq.//offside

UEFA Konfrans Liqası, II təsnifat mərhələsi

20:00 "Zirə" (Azərbaycan) 1:1 "Payde" (Estoniya) (İlk oyun: 0:1)

Qol: Eren Aydın (5'), Henri Anyer (71')

Daha çox