Oksford, Lids və London Universitetlərinin alimləri göstəriblər ki, Yerimizin ərimiş nüvəsi yalnız karbonun mövcudluğu sayəsində bərk nüvəyə çevrilib və planetimizi qoruyan maqnit sahəsini sabitləşdirib. Fortunamag.az "Science daily"a istinadən xəbər verir ki, karbonsuz Yer daxili və həyat indi olduğundan tam fərqli olardı.
Tədqiqatın nəticəsinə görə, nüvənin kristallaşması üçün onun təxminən 3,8% karbon tərkibinə malik olması lazım imiş. Bu da karbonun Yerin nüvəsində əvvəllər düşünüləndən daha çox olduğunu göstərir.
Alimlər bildirirlər ki, daxili nüvənin bərk formasının yaranması sadəcə soyuma ilə deyil, həm də kimyəvi tərkibə bağlı kristallaşma prosesi ilə izah olunur. Karbon və digər elementlər (silikon, kükürd, oksigen) bu prosesə təsir edərək nüvənin bərk qalmasına və Yerin maqnit sahəsinin qorunmasına imkan yaradıb.
Fortunamag.az