Futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasında növbəti oyununu keçirib.
Fortunamag.az xəbər verir ki, “Ay-ulduzlular” IV tur çərçivəsində səfərdə İtaliya seçməsinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İtalyanların heyətində Janluka Skamakka (26-cı dəq.), Rikardo Kalafiori (65) və Françesko Pio Espozito (87) fərqləniblər.
Türkiyənin yeganə qolunu isə 61-ci dəqiqədə Aral Şimşir vurub. Bu, Aralın milli komandadakı ilk qolu kimi qeydə alınıb.
Qeyd edək ki, cəzalı olan Arda Gülər və Barış Alper Yılmaz, eləcə də zədəli Can Uzun bu qarşılaşmada iştirak edə bilməyiblər.