20:50
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Türkdilli Dövlətlərin Universiadasında 12 güləşçimiz mübarizə aparacaq

Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək. Fortunamag.az "Azərbaycan Güləş Federasiyası"a istinadən xəbər verir ki, üçüncü dəfə keçiriləcək oyunlar...

Türkdilli Dövlətlərin Universiadasında 12 güləşçimiz mübarizə aparacaq

Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək. Fortunamag.az "Azərbaycan Güləş Federasiyası"a istinadən xəbər verir ki, üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.

Yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaş arası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.

Sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.

 

Fortunamag.az

 

Daha çox