12:34
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Təyyarənin qapısını açmaq istədi

Təyyarənin qapısını açmaq istədi

ABŞ-nin Puerto-Riko adasındakı San-Xuan şəhərindən Çikaqoya uçan “Frontier Airlines” aviaşirkətinə məxsus təyyarədə sərnişinlər qorxulu anlar yaşayıb.

Fortunamag.az xəbər verir ki, uçuş zamanı bir sərnişinin təcili çıxış qapısını açmağa cəhd etməsi səbəbindən təyyarə marşrutunu dəyişərək Mayamiyə təcili eniş edib.

Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, 3345 nömrəli reysdə baş verən insident zamanı sərnişin qəfil ayağa qalxaraq, təcili çıxış qapısına yönəlib və onu açmağa çalışıb. Hadisə kabində təşvişə səbəb olub.(qafqazinfo)

Daha çox