Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.
Fortunamag.az Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib.
O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də baş icraçı direktorun müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.
TƏBİB-də yeni təyinat