23:59
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Şuşa Teatrında “Tələ” tamaşasının premyerası olub

Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejis...

Şuşa Teatrında “Tələ” tamaşasının premyerası olub
Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.

Səhnə əsərində rolları Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Türkay Cəfərli, Orxan Abışov, Gülarə Məmmədova və Gündüz Qasımov canlandırıblar. Detektiv janrda yazılan “Tələ” əsərinin süjet xəttində həyat yoldaşını qətlə yetirən Danielin düşdüyü vəziyyətdən bəhs olunur. Hadisələrin gedişində gerçəkliklə yalanın sərhədləri qarışır, dramatik və komik situasiyalar paralel şəkildə inkişaf edərək tamaşaçını finala qədər gərginlikdə saxlayır.

Fortunamag.az

Daha çox