Braziliyada aparılan araşdırma göstərib ki, süni şirinləşdiricilərin çox istifadəsi yaddaş və düşünmə qabiliyyətində zəifləmə yaradır. Fortunamag.az "Science daily"a istinadən xəbər verir ki, bu təsir beynin təxminən 1,6 il daha tez qocalmasına şərait yaradır. Ən güclü təsir 60 yaşdan aşağı və şəkərli diabeti olan insanlarda müşahidə olunub.
San-Paulo Universitetindən Dr. Klaudia Kimie Suemotonun rəhbərliyi ilə aparılan tədqiqatda 12 772 nəfər iştirak edib və onlar 8 il ərzində izlənilib. Ən çox süni şirinləşdirici qəbul edənlərdə yaddaş və düşünmə bacarıqları daha sürətli zəifləyib.
Fortunamag.az