23:39
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
CəMIYYəT

Şöbə rəisi vəzifədən azad edildi

Şöbə rəisi vəzifədən azad edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.

Fortunamag.az xəbər verir ki, qurumun Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.

Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov Əmr imzalayıb.

Qurumdan sayta bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib.

Digər Əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.

Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı.//Manset.az

Daha çox