Birləşmiş Millətlər Təşkilatı qlobal istiləşməni daha da sürətləndirə biləcək yeni “El Nino” dövrünün yaxın həftələrdə başlaya biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Fortunamag.az-ın məlumatına görə, Dünya Meteorologiya Təşkilatı bildirib ki, bu iqlim hadisəsi 2026-cı ilin sonunadək güclənə və dünyanın müxtəlif bölgələrində ekstremal hava şəraitinin artmasına səbəb ola bilər.
Milli meteoroloji qurumların proqnozlarına əsasən, prosesin daha da intensivləşərək “super El Nino” səviyyəsinə yüksələcəyi gözlənilir.