Fortunamag.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir ki, ötən gün Xorvatiya Parlamentinin sədri cənab Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib. Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmiləri qarşılayıblar.
Qonaqlara İçərişəhərin tarixi irsi, qədim memarlıq nümunələri və paytaxt Bakının mədəni simvolu olan Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin unikal atmosferi barədə ətraflı məlumat verilib.Fortunamag.az