22:21
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Qazaxıstanda 12-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilir

2025-ci il oktyabrın 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qazaxıstanın Astana şəhərində keçirilən 12-ci Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib. Fortunamag.az A...

Qazaxıstanda 12-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilir
2025-ci il oktyabrın 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qazaxıstanın Astana şəhərində keçirilən 12-ci Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib.

Fortunamag.az Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, “Qazaxıstan: regional liderlik və vətəndaş cəmiyyətinin inkişafında qlobal əməkdaşlıq” mövzusunda paneldə A.Əliyeva ortaq platformaların yaradılmasının əhəmiyyətini vurğulayıb.

O, həmçinin “Şanxay Əməkdaşlıq Təşkilatı və xalq diplomatiyası: qlobal əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında çıxış edərək 2025-ci ilin aprel ayında Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasından söz açıb, Qazaxıstan QHT-lərinin bu istiqamətdə fəallığını qeyd edib. 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası haqqında da məlumat verilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri “Qeyri-hökumət təşkilatları haqqında qanunvericilik: vətəndaş cəmiyyətinin inkişafı kursu” mövzusunda keçirilən ekspert platformasının müzakirələrinə də qatılıb.

 

Fortunamag.az

Daha çox