Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, "Azərxalça" ASC-nin İdarə Heyətinin üzvü, yaradıcı direktor Əsmər Babayeva jurnalistlərə açıqlamasında bildirib ki, səhnədə nümayiş etdirilən zəngin tamaşa Azərbaycan xalçaçılığının qədim ənənələrini, milli dəyərləri özündə əks etdirir: "Bu tamaşa bir neçə ay əvvəl planlaşdırılıb. Bizə təqdim olunan hekayə Azərbaycanın qədim sənətinə – xalçaçılığa həsr olunub. Həmin xalçanın dizaynı təqdim edildi və onun həyata keçirilməsi bizə həvalə olundu. Qısa müddətdə böyük bir komanda ilə bu xalçanı toxumağa başladıq”.
Fortunamag.az