02:12
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

“Qarabağ” “Sabah”ı belə təbrik etdi

“Qarabağ” “Sabah”ı belə təbrik etdi

“Qarabağ” futbol klubu “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Fortunamag.az xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib.

“Qarabağ” FK “Sabah” FK-nı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayır”, - paylaşımda qeyd olunub.

***

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel “Sabah” Futbol Klubunu Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib:

“Sabah” Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”.

Daha çox