18:23
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SPORT

Prezident Kuboku uğrunda çövkən yarışları keçirilib

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.Dövlət Sərhəd Xidmətindən Fortunamag.az-a bil...

Prezident Kuboku uğrunda çövkən yarışları keçirilib

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının qrup mərhələsində növbəti qarşılaşmalar keçirilib.

Dövlət Sərhəd Xidmətindən Fortunamag.az-a bildirilib ki, Binə Atçılıq Mərkəzində təşkil olunan ilk oyunda “Elit” komandası “Embavud”u 4 cavabsız qolla üstələyib.

Günün ikinci qarşılaşmasında isə “Sərhədçi” “Zəfər” komandasına 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 12-ci Prezident Kubokunun növbəti oyunları dekabrın 20-də keçiriləcək.

Fortunamag.az

Read More