Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Fortunamag.az xəbər verir ki, nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri Əbdüləziz Zakirov, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliknazarov, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri Rahman Qurbanmuradov, Şimali Kiprin Dini İşlər sədri Hakan Moral, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) baş direktoru Mahmut Erol Kılıç, Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri, Şimali Qafqaz Koordinasiya Mərkəzinin sədri Salah-Hacı Mejiyev, Beynəlxalq İslam Fiqhi Təşkilatının baş katibi Seyid Əbdül-Qasim Əd-Dibaci, Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqaz üzrə qazısı, Dərbənd Cümə məscidinin imamı Şaqabitdin Kərimov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının baş katibi Həmid Şəhriyari və Suriyanın vəqflər naziri Məhəmməd Əbu Əl Xeyr Şükri daxildir.
Dövlət başçısı tədbirdə çıxış edib.