03:26
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İNKIşAF

“PAŞA Holdinq”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti işinə başlayır

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır. “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi te...

“PAŞA Holdinq”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti işinə başlayır

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır.

“PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həllərin təşviqini artırmaq, həmçinin müxtəlif ölkələrdən olan iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdə fəaliyyət göstərən innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində toplanacaq.

“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən çox təsisçi, investor, korporativ rəhbər və siyasətçini bir araya gətirəcək.

Sammit iştirakçılara müxtəlif şirkətlərin təqdim etdiyi ən son innovativ məhsul və xidmətlərlə tanış olmaq imkanı verəcək.

İki gün davam edəcək tədbirdə yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təmin ediləcək. Builki sammitdə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi dünya miqyaslı və yerli şirkətlərin rəhbərləri və nümayəndələri də iştirak edəcəklər.

Fortunamag.az

Daha çox