00:44
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Ötən il pensiya ödənişlərinə 616 mln. manat çox olmaqla 7 mlrd. 111 mln. manat vəsait yönəldilib

2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 9 faiz (616 mln. manat) çox olmaqla 7 mlrd. 111 mln. manat vəsait yönəldilib. Fortunamag.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda...

Ötən il pensiya ödənişlərinə 616 mln. manat çox olmaqla 7 mlrd. 111 mln. manat vəsait yönəldilib

2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 9 faiz (616 mln. manat) çox olmaqla 7 mlrd. 111 mln. manat vəsait yönəldilib.

Fortunamag.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, keçən ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 543 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 578 manata çatıb.

Son bir ildə 41 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 178 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Fortunamag.az

Daha çox