09:46
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Ölkədə bu qanunlar artıq qüvvədədir - Siyahı

Bu gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır. Fortunamag.az müxtəlif sahələri əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edir: - Tütün m...

Ölkədə bu qanunlar artıq qüvvədədir - Siyahı

Bu gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır.

Fortunamag.az müxtəlif sahələri əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edir:

- Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb

- Alkoqollu və enerji içkilərinin aksiz dərəcəsi artırılıb

- Köhnə idxal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunub

- Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb

- Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad edilib

- Kişi və qadın salonları, kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qayıdacaq.

- Media subyektləri vergilərdən azad olunub

- Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilib

- Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını artıq özləri ödəyəcək (ayda 16 manat).

- Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb

- Fərdi iş sahibləri (dərzi, aparıcı, çalğıçı və s.) sosial sığorta haqqını minimum aylıq əmək haqqının 5%-dən 8%-ə qədər ödəyəcək.

- Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14%-dən 10%-ə endirilib

- Qeyri-neft-qaz sektoru üzrə 2 500 manata qədər olan maaşlardan 3% gəlir vergisi tutulacaq

- Azərbaycana gətirilən 1-dən çox mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib

- Elektrik enerjisi və təbii qaz üzrə sabit aylıq tarif 1 manat müəyyən edilib

- Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilib.

Daha çox