01:17
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Fortunamag.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.

Vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.//report

Daha çox