00:09
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
NEWS

Mingəçevir Dövlət Universitetində “Birbank Fintech” Laboratoriyası açılıb

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Kapital Bank” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fortunamag.az "AZƏRTAC"a istinadən xəbər verir ki, memorandum çərçivəsində sentyabrın 9-da universite...

Mingəçevir Dövlət Universitetində “Birbank Fintech” Laboratoriyası açılıb

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Kapital Bank” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fortunamag.az "AZƏRTAC"a istinadən xəbər verir ki, memorandum çərçivəsində sentyabrın 9-da universitetdə “Birbank Fintech” Laboratoriyasının açılışı keçirilib.

Tədbirdə MDU-nun rektoru Anar Eminov və “Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov iştirak ediblər. Açılış mərasimində yeni laboratoriya ilə tanışlıq olub və tələbələrin maliyyə sahəsində biliklərinin artırılması üçün yaradılan imkanlar yüksək qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində “Kapital Bank” tərəfindən universitetə 20 ədəd noutbuk təqdim olunub.

 

Fortunamag.az

Read More