15:19
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
SIYASəT

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, oktyabrın 13-də və 14-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Azərbaycan-Türkiyə, Azərba...

Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, oktyabrın 13-də və 14-də Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin növbəti birgə iclası keçiriləcək.

İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri  Ağalar Vəliyev və  Əziz Ələkbərov  iştirak edəcəklər. Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulub.

Fortunamag.az

Daha çox