08:00
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib. Agentlikdən Fortunama

Milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib. Agentlikdən Fortunamag.az-a bildirilib ki, aksiya sakinlər və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb. Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirlinin sözlərinə görə, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Park – Xaqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır. S.Tahirli WUF13 çərçivəsində və Müstəqillik Günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.  

Daha çox