16:49
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İNKIşAF

Mikayıl Cabbarov Vladanka Andreyeva ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.Nazirlikdən Fortunamag.az-a bildirilib ki, gör...

Mikayıl Cabbarov Vladanka Andreyeva ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Nazirlikdən Fortunamag.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın gündəliyində duran əsas prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqinin gücləndirilməsi məqsədilə DİM-lərin Milli İzləmə Sistemi vasitəsi ilə Azərbaycan üzrə prioritetlərin ölçülməsi, habelə regionlar üzrə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Bu istiqamətlər üzrə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat naziri Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Respublikası Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığın və səmərəli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fortunamag.az

Daha çox