01:18
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
TəHSIL

Məktəblərdə monitorinqlərə başlanılıb

Məktəblərdə monitorinqlərə başlanılıb

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.

Fortunamag.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ümumi təhsil müəssisələrində məktəb rəhbərliyi tərəfindən monitorinqlər təşkil edilib, profilaktik söhbətlər aparılıb.

Ümumtəhsil müəssisələrində şagirdlərin məktəbli formasına uyğun geyinməsi təhsil mühitində vahidliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amillərdən biridir. Bu çərçivədə məktəblərdə geyim tələblərinin tətbiqi və şagirdlər arasında bu qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə edilən dəyişikliklər məktəbli geyimləri ilə bağlı tələbləri bir daha müəyyənləşdirib. Dəyişikliklərə əsasən, təsdiq olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə icazə verilmir. Bununla yanaşı, milli geyimlərdən və onların elementlərindən Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə oluna bilər.

Daha çox