Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Fortunamag.az xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.
Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
***
Həmçinin Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Ziroat Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.
O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.
Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroatxon Mirziyoyevaya təşəkkür edib.
Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.