"Nine Sense" incəsənət mərkəzində "Ətirşah" brendinə məxsus "Şah" adlı yeni ətir kolleksiyasının rəsmi təqdimatı keçirilib.
Qeyd olunub ki, tədbirin əsas mövzusu ətirlərin Leyla Əliyevanın yaradıcılığı ilə əlaqəsi olub. Brendin direktoru Cəlal Məlikov etiraf edib ki, xüsusilə onun bədii obrazı və dünyaya poetik baxışı kolleksiyanın əsas kompozisiyalarının yaradılmasına ilham verib. Təqdimat mərasimində Leyla Əliyevaya hörmət əlaməti olaraq iki ətir - "AzRose" və "An-Nahl" təqdim olunub.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, tanınmış ictimai xadimləri, bloqerləri və ətriyyat üzrə mütəxəssisləri bir araya gətirən gecə yüksək ətriyyat və müasir incəsənət aləmlərini birləşdirərək, özünü ifadə etmək üçün unikal məkan yaradıb. Təqdimat mərasiminin fəxri qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva olub.