12:31
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Kişi bankda insanları girov götürdü

Kişi bankda insanları girov götürdü

ABŞ-nin Kaliforniya ştatının Beykersfild şəhərində yerləşən bank filialında bomba təhlükəsi ilə bağlı məlumat daxil olduqdan sonra geniş təhlükəsizlik tədbirləri həyata keçirilib. Polis bankda olan bir şəxsin naməlum sayda insanı girov saxladığını bildirib.

Fortunamag.az-ın məlumatına görə, hadisə şəhər mərkəzində yerləşən “Chase Bank” filialında yerli vaxtla saat 13:00 radələrində baş verib.

Beykersfild Polis İdarəsinin açıqlamasında qeyd olunub ki, hüquq-mühafizə orqanları ilkin olaraq bomba təhlükəsi barədə xəbərdarlıq aldıqdan sonra hadisə yerinə göndərilib.

Daha çox