22:39
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

İsraildə parlament seçkiləri keçirilir.

Fortunamag.az xəbər verir ki, seçkilərə Bakı vaxtı ilə 09:00-da start verilib.

Səsvermənin nəticəsində 26-cı çağırış Knessetin yeni tərkibi müəyyənləşəcək və hökumət koalisiyasının formalaşdırılması prosesi başlayacaq.

Proses uğurla baş tutacağı halda yeni Nazirlər Kabineti və Baş nazir müəyyən ediləcək.

Seçki Bakı vaxtı ilə 00:00-da başa çatacaq.

Qeyd edək ki, səsvermədə 36 partiyadan olan namizədlər 120 yer uğrunda mübarizə aparır. Partiya Knessetdə təmsil olunmaq üçün səslərin azı 3,25 faizini toplamalıdır. Baş nazir postuna əsas namizədlər ölkənin hazırkı hökumət başçısı, 77 yaşlı Benyamin Netanyahu (“Likud” partiyası) və İsrail Müdafiə Ordusunun Baş qərargahının keçmiş rəisi, 66 yaşlı Qadi Ayzenkotdur (“Yashar” partiyası).

Daha çox