10:12
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

İqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerji

XXI əsrin ən ciddi qlobal problemlərdən biri iqlim dəyişikliyi problemidir. Alimlərin hesablamalarına görə, Yer kürəsində orta temperaturun artması, buzlaqların sürətlə əriməsi, quraqlıqların çoxalmas...

İqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerji
XXI əsrin ən ciddi qlobal problemlərdən biri iqlim dəyişikliyi problemidir. Alimlərin hesablamalarına görə, Yer kürəsində orta temperaturun artması, buzlaqların sürətlə əriməsi, quraqlıqların çoxalması və ekstremal hava hadisələrinin intensivləşməsi planetin ekoloji balansını pozur. Bu prosesin əsas səbəblərindən biri də fosil yanacaqların  yəni neft, qaz və kömürün həddindən artıq istifadəsi nəticəsində atmosferdə karbon qazının toplanmasıdır. Məhz bu səbəbdən son onilliklərdə dünyada “yaşıl enerji” adlanan alternativ enerji mənbələrinə maraq sürətlə artmaqdadır. Yaşıl enerji dedikdə, təbiətə minimal zərər verən və tükənməyən mənbələrdən əldə olunan enerji nəzərdə tutulur. Günəş, su, külək, geotermal və biokütlə enerjisi bu kateqoriyaya daxildir. Ən mühüm üstünlüyü isə odur ki, bu mənbələrdən istifadə zamanı havaya istixana qazları buraxılmır və nəticədə iqlim dəyişikliyi ilə mübarizədə real addımlar atılmış olur. Son illər xüsusilə günəş və külək enerjisi texnologiyaları sürətlə inkişaf edir. Günəş panellərinin qiyməti son 20 ildə 80 faizdən çox ucuzlaşıb. Bu da onu həm fərdi evlər, həm də iri sənaye müəssisələri üçün əlçatan edir. Külək enerjisi isə artıq bir çox ölkədə elektrik istehsalının əsas mənbələrindən birinə çevrilib. Yaşıl enerjinin gələcəyi haqqında danışarkən hidrogen texnologiyalarını xüsusilə qeyd etmək lazımdır. Su molekulunun elektrolizi nəticəsində əldə olunan “yaşıl hidrogen” nəqliyyatda, sənayedə və istilik sistemlərində istifadəsi ilə karbon tullantılarının kəskin azalmasına səbəb ola bilər. Yaşıl enerji təkcə ekologiyanın qorunmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, enerji asılılığının azalmasına xidmət edir. Dünyada bu sahədə yaradılan iş yerlərinin sayı artıq 12 milyona yaxınlaşıb. Bu tendensiya göstərir ki, yaşıl enerji həm də iqtisadiyyat üçün böyük inkişaf potensialı daşıyır. Əlbəttə, yaşıl enerjiyə keçid asan proses deyil. Burada texnoloji məhdudiyyətlər, böyük maliyyə yatırımları və enerji saxlama problemləri mövcuddur. Günəş və külək enerjisi fasiləsiz olmadığından onların saxlanması üçün batareya texnologiyalarının inkişafına ciddi ehtiyac var. Hazırda bu sahədə mühüm irəliləyişlər əldə olunsa da, dünya miqyasında tam həll yolu tapılmayıb. Mütəxəssislərin fikrincə, XXI əsrin ortalarında dünya enerjisinin 70-80 faizi bərpa olunan mənbələrdən əldə olunacaq. Bu isə iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi olacaq. İqlim dəyişikliyi bütün bəşəriyyətin problemidir və onunla mübarizə yalnız qlobal əməkdaşlıq şəraitində mümkündür. Yaşıl enerji bu mübarizənin ən təsirli alətidir. Azərbaycan kimi enerji istehsalçısı olan ölkələrin də bu prosesə qoşulması, həm milli maraqlara, həm də ümumbəşəri məqsədlərə xidmət edir. Beləliklə, yaşıl enerji təkcə ekologiyanın deyil, həm də davamlı inkişafın təməli hesab olunur   Fortunamag.az

Daha çox