00:23
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
CəMIYYəT

İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində

İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində

Bakıda gənc rəssam Kəmalə Cəfərovanın “L'Arte di Vivere” (“Yaşamaq da sənətdir”) adlı fərdi sərgisi təşkil edilib.

Fortunamag.az xəbər verir ki, sərgi ziyarətçilərə estetik italyan üslubunda çəkilən rəsmlərlə tanış olmaq imkanı yaradıb.

Londonda təhsil alan və hazırda yaradıcılığını Moskvadakı emalatxanasında davam etdirən Kəmalə Cəfərovanın sözlərinə görə, bu sərgidəki kolleksiyanın əsas mesajı hər bir problemin keçib getdiyini və həyata olan sevginin heç vaxt itməməli olduğunu unutmamaqdan ibarətdir.

Beş yaşından rəsm çəkən K.Cəfərovanın təsvir etdiyi obrazlarda qocalıq həyatın son mərhələsi deyil, əksinə yaşamın ən dolğun, ən rəngli və ən sərbəst dönəmi kimi təqdim edilir.

Kəmalənin təsvir etdiyi qəhrəmanlar qocalmır, onlar rəqs edir, çimərlikdə günəşlənir, həyatdan zövq almağa davam edirlər. Gənc rəssamın fəlsəfəsinə görə, yaş insanın rənglərini solğunlaşdırmır, əksinə onları daha da dolğunlaşdırır.

Əsərlərində niyə məhz yaşlı insanlara üstünlük verdiyinə gəldikdə isə Kəmalə Cəfərova bildirib ki, rəsmini çəkdiyi hər bir şəxs üzərində keçmişdə yaşanmış bir ömür daşıyır, bu isə özlüyündə bir hekayədir: “Buna görə də mənim bütün qəhrəmanlarım artıq özlərində yaşanmış ömürlərini, hekayələrini, öz süjet xətlərini zərrə-zərrə əks etdirirlər”.

Daha çox