Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib.
Fortunamag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.
Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.
Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.
Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.
Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.