15:41
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

İdmançılarımız 59 medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.Fortunamag.az xəbər verir ki, son gündə Azərbaycan təmsilçiləri daha 4 medal qazanı...

İdmançılarımız 59 medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

Fortunamag.az xəbər verir ki, son gündə Azərbaycan təmsilçiləri daha 4 medal qazanıblar.

Bununla da Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.

Fortunamag.az

Daha çox