Polşada ibtidai məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsinə məhdudiyyət tətbiq olunacaq. Bununla bağlı qanun layihəsi hökumət tərəfindən təsdiqlənib.
Fortunamag.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydalar məktəb binalarında və məktəbdənkənar təhsil tədbirləri zamanı ibtidai sinif şagirdlərinin mobil telefonlardan, eləcə də səs və görüntü yazmaq imkanı olan elektron cihazlardan istifadəsini qadağan edir.
Qanun ölkənin səkkizillik ibtidai təhsil sistemində oxuyan 1–8-ci sinif şagirdlərinə şamil ediləcək və həm dövlət, həm də özəl məktəblərdə qüvvədə olacaq. Tədris məqsədilə müəllim icazəsi ilə istifadə, sağlamlıq və əlilliklə bağlı xüsusi hallar, eləcə də fövqəladə vəziyyətlər istisna təşkil edəcək.