21:50
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tanınmış bəstəkar, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Vüqar Camalzadənin iştirakı il...

Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tanınmış bəstəkar, Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Vüqar Camalzadənin iştirakı ilə 2-6 fevral tarixlərində Honq Konq Konservatoriyasında mühazirə və seminarlar təşkil olunub. 100-dən çox tələbə və magistrantın, eləcə də professor-müəllim heyətinin qatıldığı tədbirlərdə bəstəkarın “Azərbaycan milli intonasiyalarının simfonik və populyar musiqidə tətbiqi” mövzusunda mühazirələri dinlənilib. O, Azərbaycanın peşəkar musiqi mədəniyyətindən danışıb və bəstəkarlarımızın əsərlərini təhlil edib. Həmçinin mövzuya dair videomaterial təqdim olunub. Bəstəkar eyni zamanda özünün simfonik və pop janrlarında əsərlərindən də söz açıb.

Fortunamag.az

Daha çox