Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Parisdə fransalı həmkarları ilə görüş keçirib.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Prezident İlham Əliyev ilə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə prezidentin diplomatik müşaviri Bonn və digər fransalı həmkarlarla məhsuldar görüşüm oldu. Biz ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə fikir mübadiləsi apardıq", - deyə Hacıyev qeyd edib.Fortunamag.az