00:37
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“Həzi Aslanov”dakı təmir 2 aya yekunlaşacaq

“Həzi Aslanov”dakı təmir 2 aya yekunlaşacaq

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Fortunamag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Qırmızı xəttin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb.Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.

“Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir”, - məlumatda qeyd edilib..

Bildirilib ki, yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Daha çox