11:57
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
CəMIYYəT

Həkimlikdən nazir postuna...

Həkimlikdən nazir postuna...

Anar Bayramov səhiyyə naziri təyin edilib.

Fortunamag.az yeni nazirin dosyesini təqdim edir:

Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

A.Bayramov 1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, həmçinin 2025-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

2026-cı il aprelin 14-dən hazırkı dövrə qədər TƏBİB-in İcraçı direktoru vəzifəsini icra edib.

Daha çox