08:27
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Güləşçimiz dünya üçüncüsü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Fortunamag.az  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, üçüncü yarış günündə-15 sentiyabrda bir sərbəst güləşçimiz fəxri kü...

Güləşçimiz dünya üçüncüsü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Fortunamag.az  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, üçüncü yarış günündə-15 sentiyabrda bir sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlib. Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.

Osman Nurmaqomedov (92 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib. Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazanıb.

Beləliklə, millimizin cari mundialda qazandığı medalların sayı 4-ə çatıb. Xatırladaq ki, ötən gün Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxıb.

 

Fortunamag.az

Daha çox