09:38
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Güləşçilərimiz Dünya Çempionatında

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Fortunamag.az  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  Eldəniz Əzizli (55 kq) hindistanlı Anil Mora tam üstünlüklə (8:0)...

Güləşçilərimiz Dünya Çempionatında

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Fortunamag.az  Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  Eldəniz Əzizli (55 kq) hindistanlı Anil Mora tam üstünlüklə (8:0) qalib gələrək 1/4 finala yüksəlib. Titullu güləşçimiz amerikalı Ceyden Raneyə də şans tanımayıb – 5:1.

Sənan Süleymanov (77 kq) isveçli Per Olofssona 5:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib. Həmyerlimiz çinli Çunyanq Panı isə vaxtından əvvəl (8:0) mübarizədən kənarlaşdırıb. Sənan Süleymanov 1/4 finalda iranlı Alireza Abdevaliyə 1:3 hesabıyla məğlub olub.

Qurban Qurbanov qətərli Şahin Badağimofradı ilk xal prinsipinə əsasən (1:1) üstələsə də, 1/4 finalda yaponiyalı Taizo Yoşidaya uduzub – 8:9.

Beka Kandelaki təsnifat mərhələsində ermənistanlı Razmik Kurdyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

 

Fortunamag.az

Daha çox