20:46
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Gülər Coşqunsoy : “Ulu Röya Yolunda”

6 noyabr 2025-ci il tarixində Atatürk Mərkəzində tanınmış yazıçı və mədəniyyət elçisi Gülər Coşqunsoyun “Ulu Röya Yolunda” və “Milli Xilaskar” adlı yeni kitablarının təqdimat və imza günü mərasimi keç...

Gülər Coşqunsoy : “Ulu Röya Yolunda”

6 noyabr 2025-ci il tarixində Atatürk Mərkəzində tanınmış yazıçı və mədəniyyət elçisi Gülər CoşqunsoyunUlu Röya Yolunda” və “Milli Xilaskar” adlı yeni kitablarının təqdimat və imza günü mərasimi keçirilib.

Fortunamag.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspor nümayəndələri, ictimai xadimlər, media təmsilçiləri və ədəbiyyatsevərlər iştirak ediblər. Mərasim Zəfərin 5-ci ildönümünə təsadüf etdiyindən, çıxışlar zamanı Vətən müharibəsində qazanılan Qələbə münasibətilə səmimi təbriklər və duyğulu fikirlər səsləndirilib.

Tədbirdə Xalq artisti Hacı İsmayılov, millət vəkili Razi Nurullayev, Vətən Müharibəsi Fondu rəhbəri Şəfa Mövsümov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Paraolimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, diaspor nümayəndələri, ictimai birliklərin rəhbərləri, müharibə veteranlarımedia təmsilçiləri iştirak ediblər.

Çıxış edənlər Gülər Coşqunsoyun yaradıcılığında milli kimliyin, azərbaycançılıq ideyalarınınədəbi düşüncənin önəmli yer tutduğunu vurğulayıblar.

Qeyd olunub ki, “Ulu Röya Yolunda” əsəri 2020-ci ilə qədər adları açıqlanmış bütün Milli Qəhrəmanlarımızı, o cümlədən şəhid general Polad Həşimovu əhatə edən geniş miqyaslı ədəbi-bədii əsərdir və milli qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, “Milli Xilaskar” kitabı Prezident İlham Əliyevə həsr edilmiş ilk böyük poema kimi dəyərləndirilib. Əsərin dövlət başçısının tarixi liderliyinin, Zəfər strategiyasınınmüasir Azərbaycanın quruculuq mərhələsinin bədii ifadəsi olduğu bildirilib.

Yazıçı Gülər Coşqunsoy, təşkilatçılar Xəyal AbdullayevDilbər Coşqunsoy çıxışlarında tədbir iştirakçılarına təşəkkür edərək vurğulayıblar ki, hər iki əsər həm xalqın Vətən sevgisinə, həm də Azərbaycanın milli dirçəliş yoluna ithaf olunub.

Təqdimatın sonunda oxucular üçün imza mərasimi keçirilib. Tədbir Zəfərin ruhunu, milli həmrəyliyi və ədəbi yaradıcılıq eşqini birləşdirən “Milli Xilaskar” mahnısının ifası ilə başa çatıb.

Fortunamag.az  

Daha çox