22:22
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İDMAN

Dubayda dövlət qurumları arasında II Dünya Korporativ Oyunları başlayıb

Oktyabrın 14-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunları keçirilir. Bu gündən etibarən yarışlara rəsmi şəkildə start...

Dubayda dövlət qurumları arasında II Dünya Korporativ Oyunları başlayıb

Oktyabrın 14-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunları keçirilir. Bu gündən etibarən yarışlara rəsmi şəkildə start verilib.

Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, oyunlarda 30-dək ölkədən 1000-dən artıq iştirakçı müxtəlif idman növlərində mübarizə aparır. Azərbaycan bu beynəlxalq yarışda stolüstü tennis, 3x3 basketbol, minifutbol və çimərlik voleybolu növlərində iştirak edir.

Ölkəmizi Oyunlarda Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, SOCAR və Ədliyyə Nazirliyinin əməkdaşları təmsil edirlər.

Fortunamag.az

Daha çox