23:48
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Dörd beynəlxalq sənəd ratifikasiya edildi

Dörd beynəlxalq sənəd ratifikasiya edildi

Milli Məclis 4 beynəlxalq sənədi ratifikasiya edib.

Fortunamag.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında aşağıdakı sənədlər müzakirəyə çıxarılıb:

- “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə”;

- “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə;

- “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında;

- “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

Qanun layihələri səsverməyə qoyularaq qəbul edilib.

Daha çox