23:46
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
AZəRBAYCAN

Çolpon-Atada dövlət başçılarının qeyri-rəsmi görüşü

Çolpon-Atada dövlət başçılarının qeyri-rəsmi görüşü

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Fortunamag.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdilər.

Daha çox