00:48
Baku +18° USD 1.70 EUR 1.96 RUB 0.018
NEWS

Bu gün metropoliten işçilərinin peşə bayramıdır

58 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevrilən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi.Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Bakı...

Bu gün metropoliten işçilərinin peşə bayramıdır

58 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevrilən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Bakı metropoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə hissəyə bölmək olar. Əslində, tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi.

Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər. Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adlar ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi. Birinci 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.

Fortunamag.az

Read More