Almaniya klubu “Borussiya” “Qarabağ”a təşəkkür edib.
Fortunamag.az xəbər verir ki, buna səbəb komandanın “Sabah”la oyundan sonra məşqləri “Azərsun Arena” da keçirməsidir.
Belə ki, “Borussiya” 3 gün sonra Almaniya Bundesliqası çərçivəsində “Ayntraxt Frankfurt” komandası ilə qarşılaşacağı üçün sonuncu məşqi də Bakıda edib. Bu barədə klub rəsmi səhifəsində paylaşım edib.
Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən “Sabah” - “Borussiya” oyununda təmsilçilərimiz rəqibə 1:2 hesabı ilə məğlub olub.