Zəngilanda “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilib
Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans təşkil olunub.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ağalı kəndində Heydər Əliyevin büstünü və Zəngilan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Zəngilan Konqres Mərkəzində konfrans keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib.
Baş prokuror Kamran Əliyev tədbiri açaraq, Zəfərin beşinci ildönümünün dərin mənəvi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla, beynəlxalq hüququn və ədalətin qələbəsini təmin edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, dövlət suverenliyimiz tam təmin edilib.
